RSM Azerbaijan
Languages

Audit və Təminat

Bir çox bizneslər üçün maliyyə auidti əsas qanuni tələblərdən biridir. Şəffaflıq,müstəqillik və daha yaxşı idarəetmə haqqında müzakirələr gələn illər ərzində bir çox ölkələrdə auditin aparılmasının vacibliyinə təsir edən əsas amillərdəndir. Biz RSM olaraq auditə yanaşmamız aydın və ardıcıldır. RSM, müştərilərinin də haqlı olaraq gözlədiyi kimi peşəkar audit stadartlarının tələblərinə uyğun səlahiyyətlərin, obyektiv, müstəqil prinsipinə uyğun olmasını tələb edir, eyni zamanda da aparılan auditin müştərilərinə öz biznesləri ilə bağlı məhz konstruktiv məsləhət verməli olduğunu əsas götürür. Bizim şirkət risklərə əsaslanan audit metodologiyasını tətbiq edərək,( hansı ki, Auditin Beynəlxalq Standartlarına müvafiqdir, müntəzəm olaraq yeni texniki qaydaların elan edilməsi ilə yenilənir və ən yaxşı praktikanın bələdçisidir ) sizə erkən planlamaya və sizin biznesin fəaliyyətinin anlaşılmasına əsaslanaraq uyğun audit yanaşması təklif edir.Bu bizə əsas audit risklərini müəyyən etməyə və sizin biznesin unikal xüsusiyyətlərinə, ölçüsünə və fəaliyyət sahəsinə uğun olaraq audit rəyi verməyə imkan yaradır. Şirkətimiz həmçinin maliyyə audit xidmətləri üzrə aşağıdakı sahələri əhatə edir :   Maliyyə hesabatları, İnformasiya sistemləri və nəzarətin təmin olunması Normativ texniki məsləhət, Məhkəmə auditi və istintaq.

How can we help you?

Contact us by phone +994 12 480 45 71 or submit your questions, comments, or proposal requests.

Email us